Avtomatik jalüz sistemlərini siz həm də qaraj və darvazalarda da quraşdıra bilərsiniz. Bu sistemin üstünlüyü onun hərəkət sürətinin daha çox olmasıdır. Jalüz sistemində yüngül materialların istifadəsi buna şərait yaradır.Jalüz sistemlərinin mexaniki hissələri aliminium qutunun içərisinə yerləşdirilir. Pərdə hərəkət edərkən bu qutunun içərisinə doğru yığılır.