"UHOM" layihəsinin təqdimat mərasimi
Layihənin təqdimat mərasiminin açılış nitqini Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası sədri Nigar Ələsgərova edərək "UHOM"un fərqliliyinə diqqət çəkib, inşaatdan tutmuş, bütün markalar üzrə məhsulların bir məkanda yerləşəcəyini vurğulayıb. Təqdimat mərasimdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədr müavini Hikmət Məmmədov, Rusiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mixail Nikolayeviç, Özbəkistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfirinin müşaviri Baxrom Gaipov, Millət vəkili Naqif Həmzəyev, iş adamları, digər dövlət rəsmiləri iştirak etmiş və "UHOM" layihəsinə uğurlar arzulayıblar